"İnsan və vətəndaş hüquqları və azadlıqları, təhsil hüququ” mövzusunda maarifləndirici tədbir

02 aprel 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan və vətəndaş hüquqları və azadlıqları, təhsil hüququ” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə 9-10-11-ci sinif şagirdləri və ASAN könüllüləri iştirak ediblər. Məqsəd şagirdlərin hüquqi maarifləndirilməsi, vətəndaş məsuliyyəti və təhsil hüququ ilə bağlı məlumatlılığın artırılması olub.

Tədbir saat 10:00-da iştirakçıların toplaşması ilə başladı. Məktəbin direktoru və 4 saylı “ASAN xidmət” mərkəzinin rəhbərinin salamlaması ilə tədbir açıq elan edilib.

Daha sonra 4 saylı “ASAN xidmət” mərkəzinin əməkdaşları – Ülkər Qafarova və Cəmilə Musayeva çıxış edərək insan hüquqları, vətəndaş azadlıqları, təhsil hüququ və bu sahədə dövlətin gördüyü işlər barədə geniş məlumat veriblər. Onlar həmçinin “ASAN xidmət”in gənclərin hüquqi biliklərinin artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırıblar.

Tədbirin sonunda ASAN könüllüləri tərəfindən süni intellekt vasitəsilə hazırlanmış xüsusi mahnı təqdim edilib. Bu bədii hissə şagirdlərin böyük marağına səbəb olub.

Tədbir xatirə şəkli ilə yekunlaşıb.

96 nömrəli tam orta məktəbin kollektivi və şagird kontingenti bu kimi maarifləndirici tədbirlərin şagirdlərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığına inanır və gələcəkdə də “Asan xidmət” mərkəzi ilə bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini yüksək qiymətləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi