“Məktəb Konstitusiyası” müsabiqəsinin qalibləri

12 mart 2025-ci il tarixində Bakı şəhəri 96 nömrəli məktəbdə artıq bir aydır davam edən “Məktəb Konstitusiyası” müsabiqəsinin yekun mərhələsi baş tutub. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində keçirilən bu müsabiqə məktəblilərin hüquqi biliklərini artırmaq və onların vətəndaş mövqeyini gücləndirmək məqsədini daşıyıb.
Müsabiqədə 6 komanda iştirak edib. Hər komanda 3 şagirddən və 1 mentor müəllimdən ibarət olub. Komandalar təqdim etdikləri layihələr vasitəsilə məktəb üçün öz konstitusiya modelini hazırlayıb və onun əsas prinsiplərini nümayiş etdiriblər. Təqdim olunan işlər təşkilat komitəsi tərəfindən obyektiv şəkildə qiymətləndirilib.
Yekun nəticələrə əsasən, müəllim Türkan İsmayılovanın rəhbərlik etdiyi IX sinif şagirdlərindən ibarət komanda qalib elan edilib. Təltifetmə mərasimində qalib komandanın üzvlərinə diplomlar və dəyərli hədiyyələr təqdim olunub. Digər iştirakçı komandaların üzvlərinə isə müsabiqədə fəal iştiraklarına görə təşəkkürnamələr verilib.
Tədbirin sonunda məktəb rəhbərliyi və təşkilatçılar belə müsabiqələrin şagirdlərin hüquqi biliklərini inkişaf etdirmək və onların ictimai fəallığını artırmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Gələcəkdə bu tip layihələrin daha geniş miqyasda təşkili nəzərdə tutulur.