Yel Çərşənbəsi ilə bağlı tədbir

11 mart 2025-ci il tarixində məktəbimizin 6“A” sinfində Yel Çərşənbəsi münasibətilə maraqlı və rəngarəng tədbir keçirilib. Tədbirin təşkilatçısı məktəbin təşkilatçısı Nigar Süleymanova olub.
Tədbir çərçivəsində şagirdlər Yel Çərşənbəsinin mahiyyəti, adət-ənənələri və tarixi haqqında məlumat əldə ediblər. Eyni zamanda, şagirdlərin hazırladığı maraqlı çıxışlar, şeirlər və səhnəciklər tədbirə xüsusi rəng qatıb. Tədbirin musiqili hissəsini isə musiqi müəllimi Könül Uğurluyeva hazırlayıb. Şagirdlərin ifasında səslənən bayram mahnıları və milli musiqi parçaları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Məktəb rəhbərliyi və müəllimlər tədbirdə iştirak edərək şagirdlərin çıxışlarını yüksək qiymətləndiriblər. Yel Çərşənbəsinə həsr olunmuş bu tədbir şagirdlərin milli dəyərlərə və adət-ənənələrə olan marağını artırmaq məqsədi daşıyıb.
Sonda tədbir iştirakçıları birlikdə Novruzun digər çərşənbələrinə həsr olunmuş tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb və bu kimi tədbirlərin davamlı olmasının əhəmiyyətini qeyd ediblər.