VI sinif şagirdləri arasında “Şən Startlar” estafeti

07 mart 2025-ci il tarixində, Elm və Təhsil Nazirinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmrinə əsasən təşkil olunan İdman Həftəsi çərçivəsində məktəbimizdə VI sinif şagirdləri arasında “Şən Startlar” estafeti keçirilib.
Bu estafet yarışının əsas məqsədi şagirdlərin fiziki aktivliyini artırmaq, onların komanda ruhunu gücləndirmək və sağlam həyat tərzinə maraqlarını artırmaq olub. Yarış zamanı şagirdlər müxtəlif idman tapşırıqlarını yerinə yetirərək həm fiziki bacarıqlarını sınayıblar, həm də əyləncəli və sağlam bir gün keçirdiblər.
Tədbirdə şagirdlər çeviklik, sürət və koordinasiya tələb edən müxtəlif mərhələlərdən ibarət yarışlarda iştirak ediblər. Komandalar bir-biri ilə mübarizə apararaq verilən tapşırıqları yerinə yetirmək üçün öz bacarıqlarını göstəriblər. Yarış boyunca şagirdlərin motivasiyası, enerjisi və əzmkarlığı hər kəsi sevindirib.
Estafet sonunda qalib komandalar müəyyən edilərək təltif olunub. Lakin bu yarışın əsas məqsədi yalnız qalib seçmək deyil, hər kəsin idmana həvəsini artırmaq və komanda ruhunu gücləndirmək olub.
Bu cür tədbirlər şagirdlərin həm fiziki, həm də psixoloji sağlamlığının inkişafına müsbət təsir edir. İdman təkcə bədəni gücləndirmir, həm də iradəni möhkəmləndirir və dostluq münasibətlərini daha da gücləndirir.
Məktəbimizdə belə sağlam və motivasiyaedici yarışların gələcəkdə də davam etdirilməsi şagirdlərin idmana marağını daha da artıracaq və onların sağlam həyat tərzinə istiqamətlənməsinə töhfə verəcəkdir.