“Mən idmanı sevirəm” rəsm müsabiqəsi

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, 6 mart 2025-ci il tarixində 96 nömrəli məktəbdə II sinif şagirdləri arasında “Mən idmanı sevirəm” adlı rəsm müsabiqəsi təşkil olunub.
Müsabiqənin məqsədi məktəblilər arasında idmana marağı artırmaq, onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və sağlam həyat tərzinə olan marağını stimullaşdırmaq olub. Tədbirdə məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər.
Balaca rəssamlar müxtəlif idman növlərini təsvir edən rəngarəng rəsmlər çəkərək öz baxışlarını kağıza köçürüblər. Onların əl işlərində futbol, gimnastika, üzgüçülük, basketbol və digər idman növlərinə olan maraq öz əksini tapıb. Yarışa təqdim olunan rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və ən yaradıcı, rəngarəng və məzmunlu əsərlərin müəllifləri qalib elan olunub. Sonda qaliblərə diplom və müxtəlif hədiyyələr təqdim olunub.