Maraqlı tarix dərsi

6 “C” sinfində 03.03.2025-ci il tarixdə dinlənilən növbəti dərs “Qədim Hindistan” mövzusuna həsr olunub. Bu dərsin əsas məqsədi Hindistan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələri dəyərləndirmək olub. Dərs müəllim Nəzakət Əzizzadə tərəfindən təqdim edilib və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, müəllim Şəbnəm Rəhimova tərəfindən dinlənilib.

Dərs interaktiv və araşdırmaya əsaslanan yanaşma ilə təşkil olunub. Müəllim Nəzakət Əzizzadə Hindistan mədəniyyətinin dünya sivilizasiyasına verdiyi töhfələri izah edərkən vizual materiallardan, qrup işlərindən və sual-cavab üsulundan istifadə edib.

Dərsin başlanğıcında şagirdlərə Hindistanın tarixi, coğrafi mövqeyi və qədim mədəniyyət ocaqları haqqında qısa məlumat verilib.

Əsas hissədə Hindistanın yazı, fəlsəfə, din, incəsənət və elm sahəsindəki nailiyyətləri geniş şəkildə müzakirə olunub. Şagirdlər qruplara bölünərək müxtəlif mövzular üzrə tədqiqat aparıb təqdimat ediblər. Dərsin sonunda isə əldə olunan biliklər diskussiya və dəyərləndirmə üsulu ilə möhkəmləndirilib. Bu dərs fərqliliyi və interaktiv yanaşması ilə seçilib. Şagirdlər Hindistanın ixtiraları və elmi nailiyyətlərini, o cümlədən “Sıfır” rəqəminin icad edilməsi, Ayurvedik tibb elmi, Buddizmin yayılması və qədim yazı sistemləri kimi mövzuları araşdırıblar. Müəllim müxtəlif əyani vəsaitlərdən istifadə edərək dərsi daha maraqlı və yadda qalan edib. Şagirdlər tarixi faktları yalnız oxumaqla deyil, həm də təqdim edərək və müzakirə edərək mənimsəyiblər. Dərsin sonunda Mahira Rüstəmova və Şəbnəm Rəhimova dərsin keyfiyyətini yüksək qiymətləndirərək, müasir təlim metodlarından səmərəli istifadə olunduğunu və şagirdlərin fəal iştirak etdiyini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi