VI siniflər üzrə monitorinq

03.03.2025-ci il tarixdə

96 nömrəli məktəbdə VI sinif şagirdlərinin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə Azərbaycan dili, Riyaziyyat və Təbiət fənləri üzrə monitorinq aparılıb. Bu monitorinqin əsas məqsədi şagirdlərin tədris olunan mövzuları nə dərəcədə mənimsədiyini müəyyən etmək, dəstək tələb edən şagirdləri aşkar edərək onlara fərdi yanaşmalar tətbiq etmək, müəllimlərin tədris prosesini daha effektiv planlaşdırması üçün məlumat toplamaq, şagirdlərin analitik düşünmə və problem həll etmə bacarıqlarını ölçmək olub.

Monitorinq məktəb rəhbərliyi və fənn müəllimlərinin nəzarəti ilə keçirilib. Suallar kurikuluma uyğun olaraq fərqli çətinlik səviyyələrinə bölünüb.

Şagirdlər standartlaşdırılmış test sualları və açıq suallardan ibarət qiymətləndirmə modeli ilə imtahan veriblər.

Azərbaycan dili fənnində şagirdlərin qrammatik bilikləri, mətn anlama, yazı bacarıqları və söz ehtiyatı qiymətləndirilib. Riyaziyyat fənnində riyazi əməliyyatlar, məntiqi düşünmə və problem həll etmə qabiliyyəti yoxlanılıb. Təbiət fənnində isə şagirdlərin təbiət hadisələri, canlılar aləmi və elmi biliklərə yanaşma tərzi dəyərləndirilib.

Monitorinq təhsil keyfiyyətinin artırılması və şagirdlərin fərdi inkişafı üçün əhəmiyyətli bir addım olub. Növbəti mərhələdə nəticələrin dərindən təhlili aparılacaq və müvafiq inkişaf strategiyaları tətbiq ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi