96 nümunəvi şagird “Yaşıl kart”la təltif olunub

14 fevral 2025-ci il tarixində məktəbimizin II-XI siniflərində təhsil alan 96 əlaçı və nümunəvi davranışa malik şagirdi “Yaşıl kart”la təltif olunub. Şagirdlərin seçimi akademik göstəricilər və intizam meyarları əsasında aparılıb.

“Yaşıl kart”ların təqdimatı artıq üç ildir ki, məktəbdə pilot olaraq tətbiq edilən “Şagird Davranış Qaydaları” çərçivə sənədi əsasında həyata keçirilir. Bu təşəbbüsün məqsədi yüksək akademik nəticələr əldə edən, nümunəvi davranışı ilə seçilən şagirdləri həvəsləndirmək və digər şagirdlər üçün motivasiya mənbəyi yaratmaqdır.

Rəğbətləndirmə sistemi şagirdlərdə məsuliyyət hissini artırır, onların həm dərs, həm də ictimai fəaliyyətlərdə fəallığını stimullaşdırır. “Yaşıl kart” alan şagirdlər üçün müxtəlif imtiyazlar və əlavə motivasiya tədbirləri nəzərdə tutulur. Bu, eyni zamanda məktəb daxilində sağlam rəqabət mühitinin formalaşmasına kömək edir.

Məktəb rəhbərliyi və müəllim kollektivi bütün təltif olunan şagirdləri təbrik edib və onların gələcək uğurlarında da eyni əzmkarlığı göstərmələrini arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi