XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin monitorinqi

Buraxılış imtahanları şagirdlərin orta məktəbi uğurla başa vurması və ali təhsil müəssisələrinə qəbul üçün vacib mərhələlərdən biridir. Bu məqsədlə 96 nömrəli tam orta məktəbdə 17 fevral 2025-ci il tarixində XI sinif şagirdlərinin imtahana hazırlıq səviyyəsini müəyyən etmək üçün monitorinq keçirilib. Monitorinq Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərini əhatə edib və 4 paralel sinif üzrə təşkil olunub.
Monitorinqin əsas məqsədi XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsini qiymətləndirmək, onların biliyindəki boşluqları müəyyən etmək və bu sahədə əlavə tədris dəstəyinin zəruriliyini analiz etmək olub. Şagirdlərin nəticələri müəllimlərə və məktəb rəhbərliyinə fənlər üzrə bilik səviyyəsini daha obyektiv qiymətləndirmək və tədris prosesini təkmilləşdirmək imkanı verəcək.
Monitorinq əvvəlcədən hazırlanmış suallar əsasında təşkil olunub. Tapşırıqlar buraxılış imtahanlarının standartlarına uyğun şəkildə tərtib edilib və şagirdlərin bilik və bacarıqlarını ölçməyə yönəlib.