“Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir

Gənclərin narkotik vasitələrin zərərləri haqqında maarifləndirilməsi, onların sağlam həyat tərzinə təşviq edilməsi və narkomaniya ilə mübarizədə cəmiyyətin rolunun vurğulanması məqsədilə 17 fevral 2026-cı il tarixində 96 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı genişmiqyaslı tədbir keçirilib. Tədbir 96 nömrəli tam orta məktəb və Sabunçu Rayon Polis İdarəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub..

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəbin direktoru Mehriban Hacıyeva tədbir iştirakçılarını salamlayaraq qonaqları auditoriyaya təqdim edib. O, bu cür tədbirlərin məktəblilərin narkotiklər haqqında məlumatlandırılmasında və onların sağlam gələcək üçün düzgün seçim etməsində mühüm rol oynadığını bildirib.

Tədbirin əsas hissəsində şagirdlərin hazırladığı səhnəcik təqdim olunub. Səhnəcikdə narkomaniyanın fəsadları və onun insanların həyatına vurduğu ağır zərərlər real həyat hadisələrinə əsaslanaraq nümayiş etdirilib. Daha sonra mövzuya uyğun video material izlənilib.

Bundan sonra tədbir qonaqların çıxışları ilə davam edib. Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi, onunla mübarizə tədbirləri və bu problemin cəmiyyət üçün yaratdığı təhlükələr haqqında ətraflı məlumat verib. Həkim-narkoloq Rövşən Kərimli narkotik maddələrin insan orqanizminə təsiri və bu maddələrin yaratdığı asılılıq barədə danışıb. Həkim klinik-psixoloq Ofeliya Məmmədova isə narkotiklərdən uzaq qalmaq üçün psixoloji dayanıqlılığın vacibliyini vurğulayıb və gənclərə sağlam həyat tərzi ilə bağlı tövsiyələr verib.

Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov çıxışında dövlət tərəfindən narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri və gənclərin bu prosesdə aktiv rol almasının əhəmiyyətini qeyd edib. Tədbir sonunda fəal iştirakı ilə fərqlənən bir qrup şagird fəxri fərmanla təltif olunub. Bu addım onların göstərdiyi təşəbbüs və maarifləndirmə prosesində aktiv iştirakına verilən yüksək qiymət kimi dəyərləndirilib. Qeyd etmək lazımdır ki, belə tədbirlər gənclər arasında narkomaniya ilə mübarizəyə dair maarifləndirmə işlərinin aparılmasına və onların bu sahədə daha məlumatlı olmasına mühim tövhə verir. Məktəb rəhbərliyi və qonaqlar bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayaraq gənclərin sağlam və narkotiklərdən uzaq həyat yaşamasını onların gələcək uğurlarının əsas şərti olduğunu qeyd ediblər. Tədbirin sonunda iştirakçılar narkomaniya ilə mübarizədə cəmiyyətin , məktəblərin, valideynlərin və hüquq -mühafizə orqanlarının birlikdə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi