Cerebry platformasının tətbiqinin monitorinqi

2025-ci il fevralın 18-də Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə IX və X siniflərdə Cerebry platformasının tətbiqi ilə tədris olunan riyaziyyat və təbiət fənlərinin tədris vəziyyətinin monitorinqi həyata keçirilib. Monitorinq prosesinə məktəbin direktoru, direktor müavini və Cerebry platforması üzrə təyin edilmiş məktəb koordinatoru rəhbərlik edib.

Monitorinqin əsas məqsədi, Cerebry platformasının tətbiqinin effektivliyini qiymətləndirmək, şagirdlərin bu sistemdən istifadəsinə dair ümumi mənzərəni görmək və müəllimlərin platformadan necə faydalandığını araşdırmaq olub.

Proses müşahidə və dərsdinləmə formatında aparılıb. Müşahidələr zamanı şagirdlərin fərdi öyrənmə yanaşmaları, platformanın təqdim etdiyi interaktiv və adaptiv öyrənmə imkanlarından istifadə səviyyəsi izlənilib. Dərsdinləmə zamanı isə müəllimlərin platforma üzərindən şagirdlərə təqdim etdiyi tədris materialları, suallar və qiymətləndirmə metodları analiz Monitorinq nəticəsində aşağıdakı məqamlar müşahidə olunub:

1.Şagirdlərin aktiv iştirakı – Cerebry platforması vasitəsilə şagirdlər riyaziyyat və təbiət fənlərində fərdiləşdirilmiş tapşırıqlar üzərində işləyib, interaktiv sualları cavablandırıb və dərs mövzularını praktik olaraq mənimsəyiblər.

2.Müəllimlərin platformadan effektiv istifadəsi – Müəllimlər dərs prosesində Cerebry-nin təqdim etdiyi analitik hesabatlardan istifadə edərək şagirdlərin irəliləyişini izləyib və zəif tərəflər üzərində işləmək üçün fərdi yanaşmalar tətbiq ediblər.

3.Platformanın adaptiv funksiyalarının üstünlükləri –Monitorinq zamanı məlum olub ki, sistem şagirdlərin bilik səviyyəsinə uyğun tapşırıqlar təqdim edərək onların dərsə marağını artırır və daha effektiv öyrənmə mühiti yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi