Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dərs

20 fevral 2025-ci il tarixində 8"A" sinfində Azərbaycan dili fənnindən “Beynəlxalq Ana Dili Günü” mövzusunda dərs keçirilib. Dərs, Azərbaycan dili müəllimi Lalə Həsənova tərəfindən aparılıb və təşkilatçı Nigar Süleymanova ilə riyaziyyat müəllimi Fatimə Hacıyeva da dərsdə iştirak ediblər.
Dərsə başlanğıc olaraq, Lalə Həsənova Beynəlxalq Ana Dili Gününün tarixi və əhəmiyyəti haqqında məlumat verib. O, qeyd edib ki, 1999-cu ilin noyabrında UNESCO tərəfindən 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan edilib. Bu günün təsis edilməsinin əsas səbəbi isə 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin şəhid olmasıdır. Bu hadisə, ana dilinin qorunması və inkişaf etdirilməsi üçün mübarizənin simvolu kimi qəbul edilir.
Daha sonra, şagirdlərə ana dilinin hər bir millətin mədəni irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitə olduğu izah edilib. Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində və təhsil almasında oynadığı roldan bəhs edilib.
Dərsin interaktiv hissəsində, şagirdlər ana dili ilə bağlı öz fikirlərini bölüşüblər və müxtəlif dillərin zənginliyi haqqında müzakirələr aparıblar. Təşkilatçı Nigar Süleymanova və riyaziyyat müəllimi Fatimə Hacıyeva da müzakirələrə qoşularaq, ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Dərsin sonunda, şagirdlərə ana dilinin qorunması və inkişaf etdirilməsi üçün nə kimi addımlar ata biləcəkləri barədə tövsiyələr verilib. Onlara, ana dilində kitablar oxumaq, yazılı və şifahi nitqlərində dil qaydalarına riayət etmək və dilimizin zənginliyini qorumaq üçün fəal olmaq barədə məsləhətlər verilib.