“Məktəb Konstitusiyası” müsabiqəsi: Yekun mərhələyə doğru

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müxtəlif tədbirlər və müsabiqələr təşkil edilir. Bu çərçivədə keçirilən “Məktəb Konstitusiyası” müsabiqəsi artıq bir həftədən çoxdur ki, davam edir.

Müsabiqə müddətində mentor müəllimlər öz komandaları ilə müəyyən edilmiş qrafik üzrə mütəmadi görüşlər keçiriblər. Bu görüşlərdə müsabiqə üçün hazırlanacaq işin son versiyası üzərində intensiv iş aparılıb. Məqsəd, şagirdlərin hüquqi biliklərini artırmaq və onlara konstitusiya anlayışını daha dərindən mənimsətmək olub.

Təşkilat komitəsi, müsabiqənin şəffaf və ədalətli keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Sabahdan etibarən komitə, iştirakçı komandaların hazırladıqları işləri qəbul etməyə başlayacaq. Qəbul prosesi əvvəlcədən müəyyən edilmiş qaydalar əsasında həyata keçiriləcək və hər bir iş diqqətlə qiymətləndiriləcək.

Müsabiqənin nəticələri fevral ayının son iş günü elan ediləcək. Qalib komandalar xüsusi mükafatlarla təltif olunacaq və onların işləri geniş ictimaiyyətə təqdim ediləcək. Bu müsabiqə, şagirdlərin hüquqi biliklərinin artırılması və vətəndaşlıq şüurunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Məktəb Konstitusiyası” müsabiqəsi, gənc nəslin hüquqi maarifləndirilməsi və onların dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi istiqamətində atılan önəmli addımlardan biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi