20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii gecə

17 yanvar 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib.Tədbir 6 “C” sinif rəhbəri Elnarə Babayeva və məktəbin Azərbaycan dili müəllimi Elnarə Rəsulovanın təşkilatçılığı ilə baş tutub. Gecənin əsas məqsədi 20 Yanvar şəhidlərinin xatirəsini anmaq və şagirdlərə bu tarixi günün mahiyyətini daha dərindən anlatmaq olub.

Ədəbi-bədii gecə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra məktəbin şagirdləri Azərbaycanın dövlət himnini səsləndiriblər. Tədbirə qatılan qonaqlar arasında məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər olub.

Tədbirin proqramı şagirdlərin böyük həvəslə hazırladıqları bədii kompozisiyalarla zəngin idi. Şagirdlər 20 Yanvar şəhidlərinin qəhrəmanlıqlarını əks etdirən şeir və esse oxuyublar. Təqdim olunan səhnəciklərdə isə faciə gecəsinin hadisələri canlandırılıb, xalqımızın mübarizə əzmi və müstəqillik arzusu təsvir edilib. Xüsusilə 6 “C” sinif şagirdlərinin hazırladığı səhnəciklər tamaşaçılara dərin təsir bağışlayıb.

Ədəbi-bədii gecənin ən diqqətçəkən məqamı şagirdlərin tədbirə göstərdikləri böyük maraq və fəallıq olub. Onlar təkcə tədbir iştirakçıları kimi deyil, həm də vətənpərvərliyi nümayiş etdirən vətəndaş kimi özlərini göstəriblər. Şagirdlər şəhidlərin qəhrəmanlıqlarını öz maraqlı təqdimatları ilə izləyicilərə çatdırmağa çalışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi