“Bullinqlə mübarizəyə dair qaydalar” pilotu çərçivəsində işlər davam edir

09.01.2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar”-ın tətbiqi çərçivəsində növbəti görüş keçirilib. Görüş məktəbdə yaradılmış Bullinqlə Mübarizə Şurasının (BMŞ) üzvləri ilə Şagird Şurasının üzvləri arasında təşkil olunub.

Tədbirin əsas məqsədi şagirdlər arasında bullinqin qarşısını almaq üçün mediatorlar və nəzarətçilər kimi fəaliyyət göstərən Şagird Şurasının üzvlərini maarifləndirmək, onların emosional tənzimləmə və effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək olub. Bununla yanaşı, bullinqin baş verdiyi potensial qaynar nöqtələrin müəyyənləşdirilməsi və onlara nəzarət edilməsi üçün lazımi bacarıqların öyrədilməsi qarşıya məqsəd qoyulub.

Görüşdə aşağıdakı mövzular ətrafında müzakirələr və təlimlər keçirilib:

1. Bullinq nədir və onun təsiri:

• Bullinqin növləri (fiziki, şifahi, sosial və kiberbullinq).

• Bullinqin qurbanlara və şahidlərə mənfi təsiri.

2. Mediatorların rolu:

• Şagird Şurasının üzvlərinə mediatorluq bacarıqlarının öyyrədilməsi.

• Konfliktlərin həlli və sülh yaradıcılığına dair praktiki nümunələrin təqdim olunması.

3. Emosional tənzimləmə:

• Şagirdlərə öz emosiyalarını necə idarə etmək və stresslə necə mübarizə aparmaq yollarının izah edilməsi.

• Empati və başqalarını anlama bacarıqlarının formalaşdırılması.

4. Qaynar nöqtələrə nəzarət:

• Məktəbin müxtəlif yerlərində (siniflər, dəhlizlər, oyun meydançaları) bullinqin baş verə biləcəyi potensial məkanların müəyyənləşdirilməsi

• Nəzarət strategiyaları və bu səpkidə tədbirlərin müzakirəsi.

Tədbir interaktiv formada keçirilib. Şagirdlər müzakirələrdə aktiv iştirak edib, öz təkliflərini verərək fikir mübadiləsi aparıblar. Təlimlər zamanı real həyatda bullinq hallarına dair nümunələr üzərində işlənilib və həll yolları axtarılıb.

Bu görüş, bullinqlə mübarizə tədbirlərinin effektivliyini artırmaq və məktəbdə sağlam sosial mühit yaratmaq istiqamətində əhəmiyyətli bir addım olub. Şagird Şurasının üzvləri bullinqlə mübarizədə fəal iştirak etməyə təşviq edilib, həmçinin uşaqlarda liderlik və məsuliyyət anlayışları gücləndirilib.

96 nömrəli tam orta məktəbdə bu cür təlimlərin və maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsi məktəbin təhlükəsiz və dostyana mühitinin qorunmasına xidmət edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi