Şagird təhlükəsizliyi üzrə növbəti tədbirlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 08.10.2024-cü il tarixli, 59-D-282 nömrəli təlimati məktubuna əsasən, ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi ilə bağlı rutin tədbirlər davam etdirilir. Bu tədbirlərin əsas məqsədi məktəblərdə təhlükəsizlik mexanizmlərini təkmilləşdirmək və şagirdlərin, eləcə də pedaqoji heyətin təhlükəsiz mühitdə fəaliyyət göstərməsini təmin etməkdir.
08 yanvar 2025-ci il tarixində Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə bu istiqamətdə növbəti yoxlama həyata keçirilib. Tədbir zamanı rutin şagird qəbulu prosesi çərçivəsində şagirdlərin məktəbə gətirdiyi əşyalar yoxlanılıb, mobil cihazlar təhvil alınıb və təhlükəsizlik qaydalarına uyğunluq diqqətlə araşdırılıb. Yoxlamanın əsas məqsədi məktəbə gətirilməsi qadağan edilən əşyaların gətirilməsinin qarşısını almaq və təhsil müəssisəsinin təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək olub.
Bu kimi yoxlamalar, şagirdlərin təhlükəsizliyinin təmin olunması və nizam-intizam qaydalarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirlər çərçivəsində şagirdlər, valideynlər və məktəb heyəti ilə təhlükəsizlik mövzusunda maarifləndirici görüşlər də təşkil ediləcəkdir.
Məktəbdə bu istiqamətdə görülən tədbirlər davam etdiriləcək və təhlükəsizlik standartlarının daha da yüksəldilməsi məqsədilə yeni mexanizmlər tətbiq olunacaq.