“Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində gənc müəllimlərlə görüş

07 yanvar 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə işə yeni qəbul olunmuş müəllimlərlə “Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib. Görüş məktəbin psixoloqu Sevinc Abdullayeva və təşkilatçısı Nigar Süleymanovanın təşəbbüsü ilə təşkil olunub. Məktəbdə artıq üç ildir ki, pilot olaraq icra edilən bu layihə şagirdlərin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasını, müəllimlərin bu sahədə aktiv iştirakını təşviq etməyi qarşısına məqsəd qoyub.

Görüşün əsas hədəfi layihənin mahiyyətini yeni müəllimlərə izah etmək, onun iş mexanizmlərini göstərmək və müəllimləri bu istiqamətdə fəal əməkdaşlığa cəlb etmək olub. Sevinc Abdullayeva və Nigar Süleymanova layihə çərçivəsində həyata keçirilmiş tədbirlər və qazanılmış nəticələr barədə məlumat verib, yeni müəllimlərin layihədə iştirakı ilə bağlı tövsiyələrini paylaşıblar.

Görüş zamanı layihə ilə bağlı aşağıdakı əsas mövzular müzakirə edilib:

1. Layihənin məqsəd və vəzifələri: Uşaqların təhlükəsizliyinin təmin edilməsi, zorakılığın qarşısının alınması və məktəb mühütündə psixoloji rifahın qorunması layihənin əsas istiqamətləri kimi təqdim edilib.

Məktəbdə üç illik pilot müddətində əldə edilən müsbət təcrübələrdən danışılıb.

2. Uşaq hüquqlarının müdafiəsi: Sevinc Abdullayeva uşaqların hüquqlarının qorunmasının beynəlxalq və yerli qanunvericilikdəki əhəmiyyətindən bəhs edib. O, müəllimlərin uşaq hüquqlarının qorunmasında rolunu və məsuliyyətini xüsusi olaraq vurğulayıb.

3. Risklərin aşkarlanması və mübarizə mexanizimləri: Uşaqlar arasında zorakılıq, təzyiq və ya laqeydlik halları ilə bağlı erkən müdaxilənin vacibliyi müzakirə edilib. Riskli halların aşkarlanması üçün müəllimlərə praktik tövsiyələr təqdim edilib.

4. Müəllimlərin layihədə rolu və fəaliyyət strategiyaları: Yeni müəllimlərin şagirdlərlə qarşılıqlı münasibətlərində diqqət etməli olduqları məqamlar müzakirə olunub. Onların layihə çərçivəsində gördükləri hər hansı şübhəli halları dərhal psixoloq və təşkilatçı ilə paylaşmalarının əhəmiyyəti vurğulanıb.

5. Layihə çərçivəsində növbəti addımlar: Layihənin növbəti mərhələlərində müəllimlərin rolu müəyyən edilib və onların bu istiqamətdə fəallığının artırılması planlaşdırılıb.

Görüşdə yeni müəllimlərə layihənin məqsədləri və tətbiqi ilə bağlı ətraflı təlimat təqdim edilib. Sevinc Abdullayeva və Nigar Süleymanova aşağıdakı istiqamətlərdə maarifləndirici məlumatlar veriblər:

•Məktəbdə təhlükəsiz mühitin yaradılması.

•Uşaqların emosional və fiziki ehtiyaclarının təmin olunması.

•Zorakılıq hallarının qarşısının alınması üçün məktəb-valideyn əməkdaşlığının təşviqi.

“Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi məktəbdə uşaqların hüquqlarının qorunması və təhlükəsiz mühütün təmin olunması sahəsində böyük əhəmiyyət kəsb edir. Yeni müəllimlərlə keçirilən bu maarifləndirici görüş onların layihəyə uyğun şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq. Belə təşəbbüslər yalnız məktəb mühütünün inkişafına deyil, həm də uşaqların hüquqlarının müdafiəsi üzrə daha geniş çərçivədə maarifləndirmənin gücləndirilməsinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi