96 nömrəli tam orta məktəbdə Polis Akademiyası və DİN nümayəndələrinin görüşü

08 yanvar 2025-ci il tarixində Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının nümayəndəsi, polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Münasib Kalbalıyevin iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilib.

Görüş zamanı şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, təhsil müəssisəsində yaradılmış müasir maddi-texniki baza və sosial imkanlar haqqında geniş məlumat verilib. Həmçinin, gənclərə dövlətə və vətənə sadiq vətəndaş kimi yetişmək, sağlam və vətənpərvər ruhda böyümək üçün dəyərli tövsiyələr verilib.

Görüş, şagirdlərdə hüquq-mühafizə orqanlarında xidmətə maraq oyatmaq və onların gələcək karyeralarına yön vermək baxımından əhəmiyyətli olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi