Məktəbdə təhlükəsizlik tədbirləri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 08.10.2024-cü il tarixli, 59-D-282 nömrəli təlimati məktubu əsasında, ölkə üzrə ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi mövzusunda genişmiqyaslı tədbirlər keçirilir. Bu çərçivədə məktəblərdə təhlükəsizlik mexanizmlərinin daha da təkmilləşdirilməsi məqsədilə tədris ilinin hər yarımilində heyətlə mövzuya dair iclasların və maarifləndirici tədbirlərin keçirilməsi tələb olunur.

07.01.2025-ci il tarixdə 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyevanın rəhbərliyi ilə müavinlərlə və texniki heyətlə keçirilən iclasda, təhlükəsizlik məsələləri geniş müzakirə edilib. Görüşdə məktəbin direktor müavinləri, UBTR, məktəb psixoloqu və texniki heyət iştirak edib. İclasın əsas məqsədi məktəb daxilində şagirdlərin fiziki və emosional təhlükəsizliyinin təmin olunması, həmçinin mövcud problemlərin həlli üçün yeni addımların müzakirəsi olub.

İclas zamanı aşağıdakı məsələlər ətrafında fikir mübadiləsi aparılıb:

1.Təhlükəsizlik qaydalarının yenidən nəzərdən keçirilməsi: Məktəb daxilində fövqəladə hallar zamanı görüləcək tədbirlər, yanğın təhlükəsizliyi protokolları və texniki xidmətin məsuliyyətləri yenidən nəzərdən keçirilib

2.Psixoloji təhlükəsizlik:

Məktəb psixoloqu şagirdlərin emosional və psixoloji rifahının vacibliyini vurğulayıb. O, məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün xüsusi maarifləndirici sessiyaların keçirilməsini təklif edib.

3.Məktəb mühitinin təkmilləşdirilməsi:

Texniki heyətin məktəbin fiziki şəraitini mütəmadi yoxlaması və təhlükə yarada biləcək hər hansı problemi dərhal həll etməsi planlaşdırılıb.

4.Valideynlərlə əməkdaşlıq: Şagirdlərin təhlükəsizliyinin daha effektiv təmin olunması üçün valideynlərin məktəb qaydaları və təhlükəsizlik tədbirləri haqqında məlumatlandırılması qərara alınıb.

5.Fövqəladə hallara hazırlıq: Müəllimlər və texniki heyət üçün təlimlər, həmçinin şagirdlərlə təhlükəsizlik üzrə maarifləndirici məşğələlərin keçirilməsi planlaşdırılıb.

İclasın sonunda Mehriban Hacıyeva məktəbdə təhlükəsizliyin təmin edilməsi üzrə yeni tədbirlər planını təqdim edib. Bu tədbirlər planına daxildir:

•Məktəbin giriş və çıxış yerlərində əlavə nəzarət mexanizmlərinin tətbiqi;

•Şagirdlər və müəllimlərlə müntəzəm olaraq təhlükəsizlik mövzusunda görüşlərin keçirilməsi;

•Texniki avadanlıqların (yanğın söndürmə cihazları, elektrik sistemləri və s.) vəziyyətinin mütəmadi yoxlanılması;

•Hər yarımildə bir dəfə təhlükəsizliklə bağlı məktəbdə təlimlərin təşkili.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi yalnız şagirdlərin fiziki rifahını deyil, həm də təhsil keyfiyyətini yüksəltməyə xidmət edir. Şagirdlərin təhlükəsiz və rahat mühitdə təhsil almaları onların dərsə motivasiyasını artırır və sosial-emosional inkişafını dəstəkləyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi