Qələvi metallara aid açıq dərs nümunəsi

Kimya fənninin tədrisində şagirdlərdə təbiət elmlərinə maraq yaratmaq və onları təcrübələr vasitəsilə düşünməyə təşviq etmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə, açıq dərslər həm müəllimlər, həm də şagirdlər üçün öyrənmə prosesinin effektivliyini artırmaq üçün böyük bir platformadır. 07.01.2024-cü il tarixdə 10 “T” sinifində keçirilən “Litium yarımqrup elementləri” mövzusunda açıq dərs məhz bu istiqamətdə düşünülmüş bir dərs nümunəsidir. Bu dərsin məqsədi qələvi metallar və onların birləşmələri ilə tanış olmaq, həmçinin təcrübə yolu ilə şagirdlərdə tədqiqat qabiliyyətlərini inkişaf etdirmək olub.

Dərsin təlim nəticəsi natrium, kalium və onların birləşmələrinin kimyəvi xüsusiyyətlərini öyrətmək idi. Şagirdlər bu elementlərin və onların birləşmələrinin reaksiyalarını müşahidə edərək tənlikləri tərtib etməklə onların təbiətini daha dərindən anlamağa çalışıblar. Bununla yanaşı, dərs prosesində bu elementlərin təbiətdəki rolu, sənaye və məişətdə istifadə sahələri müzakirə olunub.

Dərs Kəmalə Ələkbərovanın rəhbərliyi altında təşkil olunub və şagirdlərin kimya ilə bağlı nəzəri biliklərini təcrübə əsasında tətbiq etmələrini hədəfləyib. Təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və biologiya müəllimi Afaq Əhmədovanın iştirakı isə dərsin çoxşaxəli və müzakirəyə açıq olmasını təmin edib. Şagirdlər qələvi metallarla aparılan təcrübələr vasitəsilə onların fiziki və kimyəvi xüsusiyyətlərini daha dərindən dərk ediblər.

Bu açıq dərs yalnız qələvi metallarla bağlı nəzəri biliklərin öyrənilməsi ilə məhdudlaşmayıb, həm də onların praktik əhəmiyyətini göstərib. Təcrübələr şagirdlərin dərsə marağını artırıb, inteqrativ yanaşma isə onların mövzuya çoxşaxəli baxış bucağı qazanmasına şərait yaradıb. Belə dərslər şagirdlərdə analitik düşünmə qabiliyyətini inkişaf etdirir və onlarda elmə sevgi aşılayır. Bu baxımdan, Kəmalə Ələkbərovanın səyləri uğurla nəticələnib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi