Açıq dərs nümunəsi

2024-cü il dekabrın 24-də 8”D” sinfində Rəqəmsal Bacarıqlar fənni üzrə “Qraf informasiya modelləri” mövzusunda açıq dərs keçirilib. Dərsi müəllim Nərminə Əhmədli tədris edib. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, riyaziyyat müəllimi Nəsibə Məmmədova və informatika müəllimi Şəfiqə Salmanova iştirak ediblər. Dərsin məqsədi şagirdlərdə qraflar haqqında təsəvvür formalaşdırmaq və tapşırıqların həllində qraflardan istifadə etməyi öyrətmək olub. Müəllim Nərminə Əhmədli qrafların nə olduğunu izah edərək, onların gündəlik həyatda və müxtəlif elmi sahələrdə tətbiqlərindən bəhs edib. Şagirdlərə qraf modellərinin vizual nümunələri təqdim edilib. Müxtəlif obyektlər və onların əlaqələri qraf şəklində təsvir olunub. Şagirdlərə qraf modelləri qurmaq və onlardan istifadə etməklə bağlı tapşırıqlar verilib. Uşaqlar qruplar şəklində işləyərək, real həyatdan nümunələr üzərində qraf modelləri tərtib ediblər. Daha sonra şagirdlər hazırladıqları qraf modellərini təqdim ediblər. Şagirdlərin işləri müəllim tərəfindən qiymətləndirilib və onlara konstruktiv rəy bildirilib.

Dərs interaktiv təşkil edilib və əyani vəsaitlərlə zəngin olub. Şagirdlər mövzuya böyük maraq göstəriblər və tapşırıqları uğurla yerinə yetiriblər. İştirak edən müəllimlər dərsin təşkilindən və şagirdlərin fəallığından məmnun qaldıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi