Valideynlərlə maarifləndirici vebinar

2024-cü il 19 dekabr tarixində saat 18:00-dan 20:00-a qədər TEAMS platforması üzərindən 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva 96 nömrəli məktəbin və eləcə də könüllü qoşulmuş başqa məktəblərin valideynləri üçün “Münaqişəsiz tərbiyə və ya döyüşsüz qələbə” mövzusunda maarifləndirici vebinar təşkil edib. Bu vebinarda valideynlərə övladları ilə münaqişəsiz ünsiyyətin qurulması yolları, valideyn-uşaq münasibətlərinin düzgün təşkil edilməsi və ailədaxili harmoniyanın təmin edilməsi istiqamətlərində dəyərli məsləhətlər verilib. Görüş interaktiv olub. Sonda valideynlərin sualları cavablandırılıb.