Tibb bacısının şagirdlərlə diaqnostik görüşü
05.12.2024-cü il tarixdə məktəbimizin tibb bacısı Aidə Muradova şagirdlərin şəxsi gigiyenasını nəzarətdə saxlamaq və pedikulyoz ( saç parazitləri) müayinəsi aparmaq məqsədi ilə VI, VII sinif paralellərində olub.
Görüşün əsas məqsədi şagirdlərin gigiyena vərdişlərinə diqqət çəkmək və onların sağlam həyat tərzinə təşviq olunmasına dəstək olmaq olub.Aidə Muradova müayinələr zamanı şagirdlərə şəxsi gigiyenanın əhəmiyyətindən, düzgün əl yuma vərdişlərindən və saç təmizliyinin vacibliyindən bəhs edib.
Müayinələr nəticəsində hər hansı ciddi problem aşkarlanmayıb, lakin tibb bacısı valideynlərə də tövsiyə verərək şagirdlərin gigiyenasına mütəmadi nəzarət etmələrinin vacibliyini vurğulayıb. Məktəb rəhbərliyi və tibb heyəti bu cür tədbirlərin davamlı olacağını bildirərək, şagirdlərin sağlamlığının hər zaman ön planda olduğunu qeyd ediblər.
Şagirdlərin sağlam gələcəyi üçün təşkil edilən bu cür maarifləndirici fəaliyyətlər həm müəllimlər, həm də valideynlər tərəfindən yüksək qiymətləndirilib.