1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günü

02.12.2024-cü il tarixdə Ümumdünya QİÇS-lə mübarizə günü münasibətilə, 96 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbir zamanı QİÇS xəstəliyinin əlamətləri, virusdan qorunma yolları, virus daşıyıcılarının psixologiyası və onlara yanaşma mövzularında geniş məlumat təqdim edilib. Tədbir biologiya müəllimi Afaq Əhmədova, təşkilatçı Nigar Süleymanova və psixoloq Sevinc Abdullayeva tərəfindən təşkil olunub.

Bu tip tədbirlər gənclərin maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətli rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi