IX siniflərdə növbəti reproduktiv sağlamlıq məşğələsi
27.11.2024-cü il tarixdə məktəbimizdə IX siniflər üçün “Gəncliyin ilk baharı” adlı reproduktiv sağlamlıq məşğələsi keçirilib. Bu məşğələ yeniyetmələrin sağlamlıq, cinsiyyət və şəxsiyyət inkişafı barədə düzgün məlumat almasına, reproduktiv sağlamlığın qorunmasının vacibliyini anlamasına kömək etmək üçün təşkil edilib. Dərs qızlar və oğlanlar üçün ayrı-ayrı keçirilib. Məktəbin psixoloqu Sevinc Abdullayevanın və təşkilatçı Nigar Süleymanovanın təqdimatında təqdim edilən bu məşğələ yeniyetmələrin öz fiziki və emosional dəyişikliklərini qəbul etməsini, sağlam həyat tərzi vərdişləri qazanmasını və gələcəkdə məsuliyyətli davranışlar nümayiş etdirməsini ehtiva edib.