“Hüquq və vəzifələrimiz” adlı tədbir

Uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətəninə sadiq vətəndaşıı kimi yetişə bilər.

Uşaq hüquqlarının müdafiəsi sahəsində ən vacib sənədlərdən biri olan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasinda (1989-cu il) uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühiütündə qayğı, sevgi və anlaşma şəraitində böyüməsinin vacibliyi vurğulanır. Konvensiyanın əsas tələblərindən biri budur ki, uşaqlar barəsində həyata keçirilən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilsin.

Dünyanın 190 ölkəsi məhz bu Konvensiyanın çağırışlarından ilhamlanaraq öz balaca sakinlərinin hüquq və azadlıqlarını tanıdı və onların təmini və qorunması üçün daxili siyasətlərini formalaşdırdılar.

Məktəblərdə bu mövzuya həsr edilmiş tədbirlər tez-tez keçirilir. Məqsəd uşaqlara hüquq və vəzifələrini doğru şəkildə izah etmək, onları bu aspektdə ətraflı məlumatlandırmaqdır. 05.11.2024-cü il tarixdə 8-ci sinif şagirdləri ilə keçirilən “Hüquq və vəzifələrimiz” adlı tədbir də məhz bu istiqaməti hədəfləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi