Valideynlər üçün "Təkliflər qutusu" yaradılıb

BŞTİ-nin "Ailəm və məktəbim" layihəsinin icrası istiqamətində görülən növbəti iş 96 nömrəli tam orta məktəbin girişində, məktəb həyətində valideynlər üçün əlçatan bir yerdə "Təkliflər qutusu"nun asılması olub. I-lV siniflər və V-XI siniflər üçün hazırlanmış iki ayrı məktub qutusu girişin sağ və sol tərəflərində gözəçarpan bir yerdə divara bərkidilib. Bu qutuların düzəldilib ora vurulmasının məqsədi valideynlərin rəhbərliyə arzu və istəklərini, təkliflərini və şikayətlərini rahat və konfedensial bir şəkildə çatdırması üçün şəraitin yaradılması olub. Qutular həftədə bir dəfə səlahiyyətli şəxs tərəfindən açılacaq, məktublar rəhbərliyə çatdırılacaq. Beləcə bununla valideynlərlə məktəbin qarşılıqlı ünsiyyətinin təmin olunması üçün daha bir əlverişli platforma yaradılmış olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi