III -IV siniflərdə oxu texnikası və oxuyub-anlama bacarıqları yoxlanılıb

Oxu bacarığı Azərbaycan dilinin əsas məzmun xətlərindən biridir. Şagirdlərə nitq bacarıqlarına yiyələnməyin texnologiyasını öyrədən bu fənn bütün fənlər arasında körpü rolunu oynayır. Çünki dinləmə, danışma, oxu və yazı bacarıqları yüksək olan şagird istənilən digər fəndən uğur qazanır. İbtidai siniflərdə oxu bacarığı digər nitq bacarıqları arasında ən önəmlisidir, çünki orta məktəbə başlayan şagird məlumatların böyük bir qismini oxumaqla alır.

İbtidai siniflərdə oxu bacarığı iki istiqamətdə inkişaf etdirilir:

1. Oxu texnikasının inkişafı (sürətli, ifadəli oxu).

2. Oxuyub anlama bacarığının inkişafı (şüurlu oxu).

13.04.2022-ci il tarixində 96 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və ibtidai siniflər üzrə fənn birləşməsinin sədri Fəridə İsgəndərova III və IV sinif paralellərində şagirdlərin oxu bacarığının qeyd etdiyimiz iki istiqamət üzrə diaqnostikasını aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi