17 noyabr "Milli Dirçəliş günü"nə həsr olunmuş açıq dərs

15 noyabr  M.Nəcəfov adına 86 №li tam orta məktəbdə 17 noyabr "Milli Dirçəliş günü"nə həsr olunmuş açıq dərs keçirilmişdir. Dərsi giriş sözü ilə azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Rzayeva açdı. Dərs müəlim və şagirdlərin Azərbaycan Dövlət Himnini səsləndirilməsi ilə başladı. Dirçəliş gününün tarixinə aid videomaterial izlənildikdən və məruzə dinlənildikdən sonra dərs 8 B sinif şagirdi Nurlanın ifasında “Ölkəm” mahnısı ilə davam etdirilmişdir. Məruzədə Xanım Rzayeva  həmin günün xalqın müstəqilliyə doğru addımlamasında ilk təfəkkür oyanışı kimi olduğunu qeyd etdi. 1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Şagirdlərin çıxışından sonra məktəbin direktoru Arzu Azadəliyeva Dirçəliş gününün tarixindən, onun mahiyyətindən və bu günkü inkişafımızda oynadığı roldan söz açdı. Həmçinin vətən sevgisi, vətən borcu, vətənin tarixi səhifələrini hər zaman hafizələrdə qalması kimi milli xüsusiyyətlər aşılanması bu tədbirin məqsədini təşkil edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi