Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır

   2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Bu əlamətdar günlə əlaqədar olaraq Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əsgərovanın təşəbbüsü ilə “Dəyirmi masa” təşkil olunub. Ülviyyə Əsgərova Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar Məhəmməd Füzuli haqqında şagirdlərə geniş məlumat verib. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri şagirdlərin çıxışları zamanı səsləndirilib.

   Sonda çıxış edən məktəbin direktoru Cavid Əliyev Məhəmməd Füzulinin anadilli poeziyanın mükəmməl nümunələrini yaratdığını, çoxcəhətli bədii-fəlsəfi irsinin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə misilsiz mənəvi sərvəti bəxş etdiyini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi