Müstəqillik Günü qeyd olunub

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Vəsilə Babayevanın rəhbərliyi, 6D sinif şagirdlərinin iştirakı ilə “28 May Müstəqillik Günü”nə həsr olunmuş “açıq dərs” keçirilib. “Açıq dərs” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

   Şagirdlər 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika olduğunu səsləndiriblər. Daha sonra Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay ərzində gördüyü işlər videoçarxla nümayiş etdirilib.

    Şagirdlər müxtəlif şeirlər səsləndirib, mahnıları ifa edib, rəqs nümunələri nümayiş etdiriblər. Məktəbin direktoru Günel Səmədova Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etdiyini bir daha vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi