"Kiçik Akademiya"nın beşinci konfransı keçirilib

   Xətai rayon ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin "Kiçik Akademiya"larının beşinci konfransı keçirilib. “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşmasından ibarətdir.

   Konfransda Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin “Kiçik Akademiya” prezidenti Günay Həsənova və 8E sinif şagirdi Ömər Süleymanlı iştirak ediblər. Konfransda çıxış edən məktəblilərin işləri münsiflər heyəti tərəfindən müzakirə olunub və qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi