23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günü

   Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin kitabxana müdiri Gülnarə Abbasovanın rəhbərliyi, 5a sinif şagirdlərinin iştirakı ilə bu əlamətdar günə həsr olunmuş tədbir keçirilib. Tədbirdə direktor Cavid Əliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Leyla Binnətova, uşaq birliyi təşkilatı rəhbəri Şərqiyyə Əliyeva, tarix müəllimi Samirə Şıxəliyeva və kitabxanaçı Simuzər Tağıyeva iştirak ediblər. Tədbirin aparıcıları kitabların insanlara fikir mübadiləsi aparmağa, məlumat almağa və müxtəlif xalqların mədəniyyətlərinin zənginliyini ötürməyə kömək etdiyini, onları ayıran məkan və zamandan asılı olmayaraq insanlar arasında geniş dialoq üçün imkanlar açdığını qeyd ediblər. Müxtəlif yazıçılarımızın əsərlərindən müdrik kəlamlar şagirdlərin kompozisiyalarında öz əksini tapıb.

   Cavid Əliyev fəaliyyəti kitablarla bağlı olan, ədəbi irsin populyarlaşmasına, yeni ideyalarla tanışlığa, əsərlərin yayılmasına kömək edən peşə sahibləri, o cümlədən redaktorlar, tərcüməçilər, naşirlər və kitab satanların əməyinin yüksək qiymətləndirildiyini çıxışı zamanı bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi