Təbiəti qorumalıyıq!

   Təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsi məqsədilə ümumtəhsil müəssisələrində Yaşıl layihə: “Təbiəti qoruyanlar” layihəsinin keçirilməsi nəzərdə tutulub.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 3b sinif şagirdləri ibtidai sinif müəllimi Seyidxanım Mirzəyevanın rəhbərliyi ilə layihə çərçivəsində "Təbiəti qoruyanlar" mövzusunda müxtəlif təqdimatlar hazırlayıblar.
    Araşdırma işlərində məktəbimizin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva şagirdlərə istiqamət verib, təbiətin, flora və faunamızın qorunması mövzusunda onlarla söhbət aparıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi