Şagirdlərimiz İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 7d sinif şagirdlərinin tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub. Şagirdlər Bakının ən qədim yerlərindən sayılan qala divarları ilə əhatə olunan İçərişəhər kimi tanınan məhəllələrdə gəzib, Azərbaycan memarlığının inciləri hesab edilən Qız qalası, Şirvanşahlar saray kompleksi və digər tarixi abidələrimizi yaxından tanımaq imkanı əldə ediblər. Həmçinin onlara ekskursiya bələdçisi tərəfindən UNESCO Ümumdünya İrsi siyahısına daxil olan abidələrin yaranma tarixi haqqında ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi