Fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz məktəb

   Təhlükəsiz məktəb şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam sərbəst hiss etdikləri yerdir. Qeyd olunanları nəzərə alaraq Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə valideynlərlə maarifləndirici seminar keçirilib. Məktəbin direktoru Cavid Əliyev təhlükəsizlik tədbirləri ilə bağlı məktəbdə həftənin bir gününün təhlükəsizlik günü elan ediləcəyini, həmin gün monitorinqlərin aparılacağını bildirib. Həmçinin Cavid Əliyev siniflərdə şagirdlərin çantalarına baxış keçiriləcəyi barədə valideynlərə məlumat verib. Seminarda məktəb psixoloqu Şəfəq Soltanova tərəfindən risk qrupunda olan şagirdlərlə aparılan işlərin nəticələri barədə sinif rəhbərlərinə məlumatlar verildiyi də valideynlərin nəzərinə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi