Ekoloji problemlər və onların həlli yolları

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Ələsgərova təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə əsasən seminar təşkil olunub. Seminarın keçirilməsində əsas məqsəd təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir. Şagirdlər ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, həmçinin ətraf mühitin qorunması istiqamətində görülməli işlər və digər mövzuları əhatə edən səhnəciklər nümayiş etdiriblər. Eyni zamanda koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi barədə şagirdlərə maarifləndirici məlumatlar verilib. Layihə çərçivəsində 6a sinif şagirdləri "Təbiətdəki canlılar" mövzusunda müxtəlif təqdimatlar hazırlayıblar.

   Sonda şagirdlər məktəbin direktoru Cavid Əliyev tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi