“Yaşıl dünya naminə həmrəylik ili”

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə biologiya müəllimi Kəmalə Gülməmmədovanın təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə əsasən “Breyn Ring” intellektual oyunu keçirilib. 6d, 6e və 6f sinif şagirdləri arasında intellektual oyununun təşkil olunmasında əsas məqsəd şagirdlərin diqqətini ətraf mühit problemlərinə, onların həllinə yönəltmək və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin və bu istiqamətdə maarifləndirmənin vacibliyini vurğulamaqdır. Şagirdlərə ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, həmçinin ətraf mühitin qorunması istiqamətində görülməli işlər və digər mövzularda suallar verilib. Sonda qalib gələn 6f sinif şagirdlərinin komandası və digər iştirakçılar məktəbin direktoru Cavid Əliyev tərəfindən mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi