Növbəti Pedaqoji Şura iclası keçirilib

   24.04.2024-cü il tarixdə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin akt zalında növbəti Pedaqoji Şura iclası keçirilib. Məktəbin direktoru Cavid Əliyev təhlükəsizlik tədbirləri ilə bağlı məktəbdə çalışan bütün işçilər və valideynlərin maarifləndirilməsini, bununla bağlı onların məsuliyyətinin artırılmasını iclas iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin Cavid Əliyev həftənin bir gününün təhlükəsizlik günü elan ediləcəyini, həmin gün monitorinqlərin aparılacağını bildirib.

     Təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması məqsədilə keçirilən buraxılış imtahanın nəticələri barədə müəllimlərə məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi