18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

   18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Samirə Şıxəliyevanın rəhbərliyi ilə 5a sinif şagirdlərinin Mərdəkan qəsəbəsində yerləşən dördkünc Mərdəkan qalasına ekskursiyası təşkil olunub.Samirə Şıxəliyeva bildirib ki, Qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilməsi və digər maraqlı məlumatlar da şagirdlərin nəzərinə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi