Şagirdlərimiz Bilim Bakı mərkəzinə ekuskursiyada

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin  5b və 7a sinif şagirdlərinin coğrafiya müəllimi  Aynur Ömərovanın rəhbərliyi ilə Bilim Bakı mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir.

   Mərkəzin əməkdaşları 6-14 yaş aralığında olan şagirdlərin hər biri 6-8, 9-11, 12-14 yaş qrupuna uyğun olaraq təlimlərə qatıldıqlarını, həmçinin burada sahibkarlıq, Astronomiya, kosmos və aviasiya, Riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya laboratoriyalarında təlimlər keçildiyi barədə ekskursiya iştirakçılarına məlumat veriblər. Şagirdlərimiz həm əylənib, həm də öyrənərək asudə vaxtlarını səmərəli keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi