Şagirdlər ilk tibbi yardım qaydaları ilə tanış oldular

   İlk tibbi yardım hər hansı bir qəza, həyatı təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər tibbi vəsaitsiz, dərmansız müdaxilədir. Qanaxmalar, termik yanıqlar, dəm qazı ilə zəhərlənmələr, suda boğulma, dağıntılar zamanı zədələrə qarşı ilk tibbi yardımı göstərməyi bacarmaq lazımdır.

   Bu məqsədlə M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Firuzə Hüseynova Həyat bilgisi fənnində 7c sinif şagirdlərinə ilk tibbi yardım qaydalarını öyrətmək üçün praktiki dərs keçirdi.

İlk öncə şagirdlər sinifdə olan ilk tibbi yardım çantası ilə tanış oldular. Praktiki dərsdə şagirdlərə burxulma, çıxıqlar, sınıqlar, qanaxma, yaralanma, elektrik və ildırım vurması, yanıqlar və ürəkgetmə zamanı ediləcək yardımı öyrəndilər.

   Praktiki dərs zamanı öyrəndilər ki, ilk tibbi yardım göstərildikdən sonra zərərçəkən təcili olaraq həkimə çatdırılmalıdır. Şagirdlərə bildirildi ki, gələcəkdə tibbi yardımın başqa növləri də praktiki olaraq öyrədiləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi