“Riyaziyyat bütün elmlərin şahıdır”

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə fənn aylıqları çərçivəsində keçirilən dərslər davam edir. Fənn aylıqlarının keçirilməsində əsas məqsəd təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılmasından ibarətdir. Məktəbin riyaziyyat müəllimi Elnarə Xanhüseynovanın rəhbərliyi, 7 E sinif şagirdlərinin iştirakı ilə “Riyaziyyat bütün elmlərin şahıdır” mövzusunda “açıq dərs” keçirilib.