“Məktəblilərarası Milli Hakaton - 2025”

   Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi keçirilib. Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri I mərhələyə vəsiqə qazanaraq, müsabiqədə fəal iştirak ediblər. Şagirdlərimizə növbəti mərhələlərdə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi