"Kiçik aktyorların film dünyası"

“Konstitusiya və Suverenlik ili” çərçivəsində 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə "Kiçik aktyorların film dünyası" adlı müsabiqə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin dünyagörüşünü formalaşdırmaq, milli adət-ənənələri təbliğ etmək və uşaqlarda bu dəyərləri yaşadan Azərbaycan kino sənətinə maraq oyatmaqdır. Tədbirdə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri fəal iştirakına görə mərkəz rəhbərliyi tərəfindən diplomla mükafatlandırılıblar.