Xətai rayon məktəbləri arasında birinciyik!

24 aprel 2025-ci il tarixində Xətai rayonunda yerləşən 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər Şahmat İdman Mərkəzidə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş Xətai rayon məktəbliləri arasında şahmat turniri keçirilib. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 7F sinif şagirdi Məmməd Məmmədzadə, 8D sinif şagirdi Türkan İsayeva, 9A sinif şagirdi Ayan Əliyeva, 9E sinif şagirdi Əli Məmmədzadə və 11E sinif şagirdi Ağaməmməd Mirzəyevdən ibarət “Mübarizlər” komandası I yerə layiq görülüblər. Şagirdlərimiz Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.