"Fizika hər yerdə"

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənn müəllimlərinin və şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılması məqsədi ilə fizika fənn aylığı çərçivəsində “Fizika hər yerdə” adlı tədbir keçirilib. Fizika müəllimləri Aynur Məsimova və Günay Həsənovanın rəhbərliyi ilə təşkil olunan tədbirdə məktəbin direktoru Günel Səmədova başda olmaqla, müəllim, valideyn və şagird kollektivi iştirak ediblər. Tədbir aparıcıları tərəfindən fizika elmi və məşhur fiziklərin həyatı, elmi kəşfləri haqqında maraqlı məlumatlar verilib. Tədbir iştirakçılarına fiziklər və onlarin qanunları, ixtiraları və bu ixtiraların tətbiqi haqqında videoçarxlar, həmçinin istedadlı şagirdlər tərəfindən müxtəlif səhnələr nümayiş olunub.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi