Peşə məktəbinə ekskursiya

       16/05/2025-ci il tarixdə məktəbin  IX və XI sinif şagirdləri  Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi-5 nömrəli Bakı Peşə Məktəbində "Açıq qapı" günündə iştirak ediblər.Ekskursiya UBTR Qasımova Aynurə və fiziki tərbiyə müəllimi Cabarov Rüstəmin rəhbərliyi ilə baş tutub.Məqsəd şagirdləri peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə yerində tanış etmək,  onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarət olmuşdur. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mütəxəssisi Alimə Qədimova şagirdlərə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti,ixtisas seçimində diqqət yetirməli olan məqamlar,  qəbul qaydaları və digər məsələlər barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi