Müəllimimiz təltif olunub

ATİAHİ Sabunçu rayon komitəsinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin ittifaq üzvləri arasında keçirilən idman yarışlarının rayon mərhələsində dama turniri üzrə ll yeri qazanan fiziki tərbiyə müəllimimiz İmran Lətifov "Diplom"la təltif olunmuşdur.
Bu münasibətlə məktəbin direktor əvəzedicisi Zərifə Cəfərova bütün kollektiv adından İmran müəllimi təbrik etmiş, bundan sonrakı yarışlarda da uğurlar arzulamışdır.