MONİTORİNQLƏ BAĞLI lV və VI SİNFİN RƏHBƏRLƏRİ MƏLUMATLANDIRILDI

       15.05.2025-ci il tarixində 4 və 6-cı siniflərin rəhbərləri ilə görüş keçirildi. Görüşün məqsədi  Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçiriləcək monitorinq barəsində təlimatla tanış etməkdir. 
Təlimata əsasən , 4-cü siniflərdə monitorinq tədris dili və riyaziyyat fənni üzrə aparılacaq. 30 sual tədris dili, 27 sual riyaziyyat fənni üzrə qapalı suallardan və 3 açıq riyazi sualdan ibarət olan monitorinqdə maksimum bal 60 bal hesablanacaq ( hər sual 1 bal ). Monitorinq 150 dəqiqə müddətində keçiriləcək.  
 6-cı siniflərdə monitorinq tədris dili ,riyaziyyat və təbiət fənni üzrə aparılacaq.  Tədris dili və təbiət fənni üzrə 25 sual qapalı,  riyaziyyat fənni üzrə 20  qapalı ,5  açıq sualdan ibarət olan monitorinqdə maksimum bal 75 bal hesablanacaq ( hər sual 1 bal ). Monitorinq 180 dəqiqə müddətində keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi